Ali Koçu yerə yıxan şəxs azadlığa buraxılıb
18.08.2024 - 14:22
Dünən Türkiyə Super Liqasının II turu çərçivəsində keçirilən "Göztepe" - "Fənərbaxça" görüşünün fasiləsində qonaqların prezidenti Ali Koçu itələyərək yerə yıxan şəxs haqqında məhkəmə qərarı çıxıb.
Apasport.az xəbər verir ki, Ali Koç hadisədən dərhal sonra ona xətər yetirən şəxsi və bu addımda əli olan hər kəsi hüquq mühafizə orqanlarına şikayət etmişdi.
Şikayət əsasında İzmir polisi dünən Koçu itələyən Fatih Özkanı saxlayıb. Prokurorluq onun həbsini tələb etsə də, növbətçi məhkəmə Fatih Özkanın şərtli azadlığa buraxılması barədə qərar verib.
0
0