Vadji “Qarabağ”la vidalaşdı: “Böyük macəra idi”
30.08.2022 - 14:52
Vadji “Qarabağ”la vidalaşdı: “Böyük macəra idi”

“Bütün “Qarabağ” ailəsinə, klubda çalışanlara, əziz qardaşlarıma və azarkeşlərə salam. Bu bir vida mesajıdır”.

Apasport.az saytının məlumatına görə, bu, “Qarabağ”dan Fransanın “Sent-Etyenn” klubuna transfer olunan hücumçu İbrahima Vadjiyə məxsusdur.

Seneqallı forvard instaqram səhifəsi vasitəsilə paylaşım edərək, Azərbaycan çempionu ilə vidalaşıb: “Gözlənilməz səfərim səbəbindən sizinlə üzbəüz görüşmək imkanım olmadı. Amma bilin ki, kollektiv emosiyaların çoxlu gözəl anlarını özümlə aparıram. İnsani və peşəkarcasına bu, çox tez bitsə belə, böyük macəra idi. Qalanlara uğurlar, hər şey üçün təşəkkür edirəm”.

Qeyd edək ki, “Qarabağ” İbrahima Vadjini 1,6 milyon avroya satıb. O, yeni komandası ilə 3 illik müqavilə imzalayıb.

writer photo
Əlirza Əlirzalı
0