19 yaşadək futzalçılardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələsinə baş məşqçi Ağatahir Əzimov olmadan yollanmasının səbəbi bilinib.
Bu barədə apasport.az-a Azərbaycan Futzal Federasiyasının prezidenti Mahal Məmmədov məlumat verib:
"O, ürəyindən açıq əməliyyat olunub. Yalnız bu gün xəstəxanadan evə buraxılıb. O vəziyyətdə onun Bosniya və Herseqovinaya getməsi mümkün deyildi. İlqar Aslanov isə U-17 millimizin baş məşqçisidir. Ağatahir müəllimin yerinə baş məşqçi əvəzi olaraq o, komandanı seçmə mərhələyə aparıb".
Qeyd edək ki, U-19 millimiz ilk oyunda Fransaya 0:5 hesabı ilə uduzub.