“Çempionlar Liqasını tərk etməyimiz təəssüf doğurur, amma inanmalı və mübarizəyə davam etməliyik. Heyətimiz bizə titullar uğrunda mübarizə aparmağa imkan verir, bu, mövsümün məqsədidir. Düşünürəm ki, biz buna qadirik, optimistəm. Biz bunun üçün ciddi işlər görmüşük".
Apasport.az xəbər verir ki, bunu "Barselona"nın baş məşqçisi Xavi deyyib.
O, komandasının Çempionlar Liqasını tərk etməsi ilə bağlı fikirlərini bölüşüb: "Düşünürəm ki, biz özümüzü tənqid etməliyik. Futbol baxımından Çempionlar Liqası bizə təsir etdi, oyunu öldürmək imkanı var idi, bacarmadıq. Futbol səviyyəsində özünütənqidi dəyərləndirməliyik – qrup mərhələsini adlamalıyıq. Deyərdim ki, Çempionlar Liqasında bizdə yetkinlik çatışmırdı. Doğru zamanda daha səmərəli olmaq lazım idi".
Qeyd edək ki, “Barselona” “Bayern”, “İnter” və “Viktoriya”nın yer aldığı qrupda 3-cü olub. Komanda UEFA Avropa Liqasının pley-off mərhələsində “Mançester Yunayted”lə qarşılaşacaq.