"Beşiktaş"ın Di Mariya planı baş tutmadı
12.07.2024 - 11:44

Son zamanlar adı “Beşiktaş”la gündəmə gələn Anxel Di Mariya komandasında qalıb.
Apasport.az xəbər verir ki, argentinalı ulduz “Benfika” ilə müqaviləsini yeniləyib.
Müqaviləyə əsasən, Di Mariya hələ 1 il də portuqalların şərəfini qoruyacaq.
Qeyd edək ki, 36 yaşlı futbolçu ötən mövsüm “Benfika”da 48 oyuna çıxıb, 17 qol vurub, 15 məhsuldar ötürmə verib.
- Əfran İsmayılov: “Böyük futbolda oynadığım üçün mənə hörmət edirdilər” - MÜSAHİBƏ
- "Real Madrid" 12 yaşlı futbolçu ilə anlaşıb
- Qurban Qurbanov: Üç gün sonra "Səbail"lə oyunda nə qədər azarkeş olacağını görəcəyik"
- Vout Veqorst: "Ayaks"ın Ulduz Hücumçusu
- Ansi Aqolli: “Mərhələni keçən tərəf "Qarabağ" olacaq”
0
0