XİN BOK-u İrəvanda Azərbaycan bayrağının yandırılmağı ilə bağlı insidenti pisləməyə çağırdı
15.04.2023 - 12:30
Xarici İşlər Nazirliyi İrəvanda Azərbaycan bayrağının yandırılması ilə əlaqədar təşkilatçılara qarşı müvafiq cəza tədbirlərinin görülməsi ilə bağlı çağırış edib.
Bu barədə APA-ya XİN-dən bildirilib.
“Beynəlxalq Ağırlıqqaldırma Federasiyası, Beynəlxalq Olimpiya Komitəsi və digər aidiyyəti beynəlxalq qurumlar tərəfindən idman yarışları üzrə qəbul edilmiş davranış qaydalarının kobud pozuntusu olan bu hərəkəti qəti şəkildə pisləməyə, qaydalar çərçivəsində təşkilatçılara qarşı müvafiq cəza tədbirlərinin görülməsinə çağırırıq” – deyə məlumatda qeyd edilib.
0
0