Yamal Klyuvert və Messi ənənəsini davam etdirəcək
17.07.2024 - 21:27
Yamal Klyuvert və Messi ənənəsini davam etdirəcək

"Barselona"nın futbolçusu Lamine Yamal forma nömrəsini dəyişib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

17 yaşlı hücumçu İspaniya millisində olduğu kimi, "Barselona"da da 19 nömrəli formada çıxış edəcək. Buna qədər isə onun forma nömrəsi 27 idi.

Qeyd edək ki, daha əvvəl 19 nömrəli formada komandanın keçmiş futbolçuları Patrik Klyuvert və Lionel Messi də oynayıb.

writer photo
Əlirza Əlirzalı
0