Yankoviçlə daha iki il – yeni müqavilə
24.09.2023 - 19:11
Yankoviçlə daha iki il – yeni müqavilə

“Qarabağ” Marko Yankoviçlə müqaviləni uzadıb.

Apasport.az-ın məlumatına görə, monteneqrolu futbolçunu müqaviləsi iki il müddətinə uzadılıb.

28 yaşlı yarımmüdafiəçi ilə yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Yankoviç 2022-ci ilin yayından komandada çıxış edir. O, “Qarabağ” forması ilə keçirdiyi 53 oyunda 3 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0