Yannik Keitel: “Azərbaycana qələbə üçün gedəcəyik”
02.11.2022 - 11:49
Yannik Keitel: “Azərbaycana qələbə üçün gedəcəyik”

“Azərbaycanda heç vaxt olmamışam”.

Apasport.az saytının məlumatına görə, bunu “Frayburq”un futbolçusu Yannik Keitel deyib.

22 yaşlı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək son tur matçı öncəsi mətbuat konfransına qatılıb.

O, qarşılaşmaya ciddi yanaşacaqlarını söyləyib: “Azərbaycana gedib, oranı görməyi çox istəyirəm. Bizim üçün şansdır. Azərbaycana qələbə üçün gedəcəyik. Azərbaycanda hər gün oynamırıq. Amma heyətdə kimin yer almasından, hansı ölkədə çıxış etməyimizdən asılı olmayaraq, yüz faiz gücümüzü ortaya qoyacağıq”.

Almaniyanın gənclər millisinin üzvü “Qarabağ” barədə müsbət fikirlər səsləndirib: “Qarabağ”ı, Azərbaycanı əvvəlcədən tanımırdım. Ötən matçda da iştirak etmədim. Ancaq çox maraqlı oyun oldu. Hücum futbolu göstərirlər, daim topu özlərində saxlamağa çalışırlar. Sabahkı görüşə həyəcanlı gedirəm”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Frayburq” oyunu saat 21:45-də başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0