Yığmamız təlim-məşq toplanışında
24.09.2022 - 12:08
Yığmamız təlim-məşq toplanışında

Gənc taekvondoçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib. 

Apasport.az saytının məlumatına görə, Taekvondo Federasiyasının idman zalında təşkil olunan hazırlığa baş məşqçi Məmməd Abdullayev rəhbərlik edir. 

Toplanış oktyabrın 3-də başa çatacaq. Ardınca yığma oktyabrın 6-7-da Latviyanın paytaxtı Riqada Olimpiya çəkiləri üzrə keçiriləcək Avropa çempionatına qatılacaq. Gənc taekvondoçular arasında baş tutacaq yarışda ölkəmizin idman şərəfini Xıdır Məmmədov (48 kq), Nihad Məmmədzadə (55 kq), Nizami Hacıyev (63), Vaqif  Hacıyev (73 kq), Zemfira Həsənzadə (44 kq) və Nərgiz Kazımova (49 kq) qoruyacaqlar.

Qeyd edək ki, komanda Riqaya oktyabrın 4-də yollanacaq.
 

writer photo
Əlirza Əlirzalı
0