Yığmamız yarışdan imtina etdi - SƏBƏB
10.02.2023 - 11:49
Yığmamız yarışdan imtina etdi - SƏBƏB

Cüdo üzrə Azərbaycan millisi fevralın 11-12-də Bolqarıstanın paytaxtı Sofiyada böyüklər arasında açıq Avropa turnirində iştirak etməyəcək. 

Federasiyadan apasport.az saytına verilən məlumata görə, buna səbəb Türkiyədə əlverişsiz hava şəraiti nəticəsində İstanbul hava limanında uçuşların təxirə salınmasıdır. 

İdmançılarımız yarışın çəki vaxtına Sofiyaya çata bilməyəcəkləri üçün turnirdə iştirakları ləğv olunub.

Bununla belə, A kateqoriyalı beynəlxalq dərəcəli hakimlərimiz Arzu Acalova və Fariz Hüseynov yarışda ədalət təmsilçiləri sırasında yer alacaqlar.

writer photo
Əlirza Əlirzalı
0