"Zirə" - "Omoniya" matçının biletləri bu gün satışa çıxarılacaq
27.08.2024 - 12:12
"Zirə" - "Omoniya" matçının biletləri bu gün satışa çıxarılacaq

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Zirə” və “Omoniya” (Kipr) klubları arasında keçiriləcək cavab qarşılaşmasının biletləri bu gün satışa çıxarılacaq.

Apasport.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun 2, 5, 10 və 20 manat təşkil edəcək.

Azarkeşlər biletləri Zirə İdman Kompleksinin və matçın keçiriləcəyi “Dalğa Arena”nın kassalarından ala bilərlər.

Qeyd edək ki, "Zirə" - "Omoniya" görüşü avqustun 29-u, saat 20:00-da start götürəcək. 

writer photo
Əlirza Əlirzalı
0