“Real”la oyunları buraxa bilər
17.03.2023 - 09:53
“Real”la oyunları buraxa bilər

"Barselona" ciddi itki ilə üzləşib. 

Apasport.az saytı xəbər verir ki, Kataloniya təmsilçisinin aparıcı futbolçusu Usman Dembele sıradan çıxıb. 

Omba zədəsindən əziyyət çəkən fransalının müalicəyə ehyitacının olduğu bildirilir. Həkimlərin rəyinə əsasən, bu tip zədələrdə sağalma prosesi düşünüldüyündən də uzun çəkə bilir. 

Bu səbəbdən də Dembele martın 19-da La Liqada və aprelin 5-də isə İspaniya kubokunda “Real”la oyunu buraxa bilər.

Qeyd edək ki, Dembele cari mövsümdə 28 matçda 8 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0