Messiyə yeni vəzifə
20.07.2023 - 14:21
Messiyə yeni vəzifə

Lionel Messi yeni keçdiyi “İnter Mayami”nin kapitanı olacaq.

Apasport.az saytının məlumatına görə, 36 yaşlı argentinalı hücumçu yığmadakı kimi ABŞ klubunda da bu sarğını daşıyacaq.

Messi dünən yeni komandasında ilk məşqə çıxıb. O, Serxi Busketslə birlikdə hazırlıqdan sonra meydanı tərk etməyib. Ulduz futbolçular gənclərlə hazırlıq keçib, onlara tövsiyələrini veriblər.

Qeyd edək ki, Messinin Mayami təmsilçisi ilə müqaviləsi 2025-ci ilədək nəzərdə tutulub.

writer photo
Əlirza Əlirzalı
0