"Sumqayıt" Özbəkistan təmsilçisinə qarşı
16.01.2024 - 10:12
"Sumqayıt" Özbəkistan təmsilçisinə qarşı

Sumqayıt komandasının Türkiyə toplanışı davam edir.

Apasport.az xəbər verir ki, mövsümün ikinci yarısına qardaş ölkədə hazırlaşan “gənclik şəhəri” təmsilçisi bu gün sonuncu yoxlama oyununu keçirəcək.

Bu matç Samir Abasovun yetirmələrinin Antalyada sayca ikinci sınaq oyunu olacaq. Komandamızın rəqibi Özbəkistanın “Soqdiana” klubudur.  

Qeyd edək ki, yanvarın 6-dan Türkiyədə təlim-məşq toplanışında olan Premyer Liqa təmsilçisi ilk yoxlama oyununda Rumıniyanın “Hermanştadt” klubuna 0:3 hesabı ilə məğlub olub.

writer photo
Əlirza Əlirzalı
0