“Komandamın performansı avrokubok matçı öncəsi məndə əminlik yaradır”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi Avstriya “Rapid”inin baş məşqçisi Ferdinand Feldhofer deyib.
Yerli çempionatın III turunda Lustenau “Austriya”sı ilə heç-heçə etdikləri (1:1) matçdan sonra fikirlərini bölüşən 42 yaşlı mütəxəssis komandasını “Neftçi” ilə cavab qarşılaşmasına hazır sayır: “Neftçi” ilə oyundan əvvəl çox əsəbi deyiləm. Geridə qalan gərgin həftədən sonra komanda bir günlük sərbəstdir. Ancaq “Austriya” ilə çempionat oyunundan sonra əminəm ki, cümə axşamı hər şey yaxşı gedəcək”.
Qeyd edək ki, avqustun 11-də Vyanadakı “Veststadion”da keçiriləcək “Rapid” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Komandalar arasında “Bakcell Arena”dakı ilk görüşdə təmsilçimiz 2:1 hesablı qələbə qazanıb.