İrvinq “Dallas”da qaldı
09.07.2023 - 00:17
Ulduz basketbolçu Kayri İrvinq “Dallas”la yeni müqavilə imzalayıb.
Apasport.az saytı xəbər verir ki, üç illik razılaşmanın dəyəri 126 milyon dollardır.
İrvinqə 272 milyon dollarlıq 5 illik müqavilə təklif olunmuşdu. Amma oyunqurucusu üç illik razlaşmaya imza atıb. “Dallas”ın rəhbərliyi bu transferi rəsmiləşdirməklə gələcəyin çempion heyətini formalaşdırmağa çalışır.
Qeyd edək ki, Kayri fevralda “Meyveriks”ə qoşulub. O, ötən mövsümdə orta hesabla 27 xal, 6 ötürmə və 5 götürmə edib.
0
0