Yığmamızdan növbəti quru hesablı qələbə
03.05.2023 - 21:37
Yığmamızdan növbəti quru hesablı qələbə

Azərbaycan Minifutbol Federasiyasının (AMF) təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 ilik yubileyinə həsr olunmuş beynəlxalq turnirdə növbəti turun oyunları keçirilib. 

Apasport.az xəbər verir ki, millimiz ardıcıl ikinci qələbəsini qələbə qazanıb.

Komandamız bu dəfə Gürcüstandan güclü olub. Futbolçularımız dünən olduğu kimi, bu gün də rəqib qapısından 2 cavabsız top keçiriblər. Hər üç görüşdə qapısından top buraxmayan millimiz 7 xalla Serbiya yığması ilə ilk iki yeri bölüşür.

A qrupu
Gürcüstan – Çexiya – 3:6
Serbiya – İtaliya – 9:3
Azərbaycan – Gürcüstan – 2:0
Serbiya – 7, Azərbaycan – 7, Çexiya – 5, Gürcüstan – 3, İtaliya – 0 xal.

B qrupu
Ukrayna – CAR – 6:1
Türkiyə – Qazaxıstan – 2:0
Ukrayna – Fransa – 2:2
Fransa – 7, Ukrayna – 6, Qazaxıstan – 6, Türkiyə - 3, CAR – 0 xal.

writer photo
Əlirza Əlirzalı
0