Yunanıstan kubokunun yarımfinalı Əliyar Ağayevə tapşırıldı
11.04.2023 - 12:40
Yunanıstan kubokunun yarımfinalı Əliyar Ağayevə tapşırıldı

Əliyar Ağayev növbəti təyinat alıb.

Apasport.az saytının məlumatına görə, FİFA referisi yenidən Yunanıstana dəvət olunub.

O, əvvəllər də bir neçə matç idarə etdiyi ölkədə kubokun yarımfinal mərhələsinin cavab oyunlar çərçivəsində keçiriləcək “Olimpiakos” – AEK görüşünü idarə edəcək. Onun Yunanıstan Futbol Federasiyasından dəvət aldığı qarşılaşmadakı köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli, VAR hakimi isə Elçin Məsiyev olacaq.

Qeyd edək ki, bu matç aprelin 12-də baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0