Zamiq Əliyev zədələndi, komandası mübarizəni dayandırdı
18.07.2024 - 09:53
Zamiq Əliyev zədələndi, komandası mübarizəni dayandırdı

Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Çempionlar Liqasında mübarizəni dayandırıb.

Apasport.az xəbər verir ki, Albaniya təmsilçisi I təsnifat mərhələsinin cavab oyununda “Borats”ı qəbul edib. İlk oyunda minimal hesablı qələbə qazanan bosniyalılar cavab görüşünü də 2:1 edib.

Qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan “Borats” mərhələ adlayıb.

Zamiq Əliyev bu görüşdə start heyətdə meydana çıxıb və 105-ci dəqiqədə zədələnərək meydanı tərk edib.

writer photo
Əlirza Əlirzalı
0