Zaretskadan üçüncü çempionluq
28.10.2023 - 16:48
Zaretskadan üçüncü çempionluq

Azərbaycan karateçisi İrina Zaretsika növbəti uğuruna imza atıb.

Apasport.az xəbər verir ki, idmançımız dünya çempionu olub.

O, Macarıstanın paytaxtı Budapeştdə keçirilən mundialda bütün rəqiblərinə qalib gəlib. 68 kq çəkidə çıxış edən İrina 3-cü dəfə dünya çempionu adına yiyələnib. 

Qeyd edək ki, Zaretska 2018-ci ildə Madriddə və 2021-ci ildə Dubayda hamıdan güclü olub.
 

writer photo
Əlirza Əlirzalı
0