Parataekvondo millimiz Qubada təlim-məşq toplanışı keçəcək
05.08.2024 - 12:18
Azərbaycanın parataekvondo millisi avqustun 5-dən 18-dək Qubada təlim-məşq toplanışı keçəcək.
Apasport.az Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Paris-2024 Paralimpiya Oyunlarına hazırlıq məqsədilə təşkil olunan hazırlıq prosesinə 9 idmançı cəlb edilib.
Qeyd edək ki, Paris Paralimpiadasında 3 parataekvondoçumuz - Əbülfəz Abuzərli (80 kq), İmaməddin Xəlilov (70 kq) və Sabir Zeynalov (58 kq) bacarıqlarını göstərəcəklər.
0
0