Akunya Premyer Liqada
17.08.2023 - 11:22
Akunya Premyer Liqada

“Sevilya”nın futbolçusu Markos Akunya karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, argentinalı müdafiəçi “Aston Villa”ya keçəcək.

Onun transferi ilə bağlı razılıq əldə olunub. 31 yaşlı futbolçu yaxın müddətdə tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq.

Qeyd edək ki, Akunya 2020-ci ilin sentyabrından “Sevilya” forması geyinir.
 

writer photo
Əlirza Əlirzalı
0