"Zirə" azarkeşlər üçün nəqliyyat vasitələri təmin edəcək
17.07.2024 - 22:05
"Zirə" azarkeşlər üçün nəqliyyat vasitələri təmin edəcək

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Şerif” (Moldova) oyununa gəlmək istəyən azarkeşlərin daşınması üçün klub tərəfindən nəqliyyat vasitələri təmin ediləcək.

Apasport.az xəbər verir ki, nəqliyyat vasitələri 18 iyul saat 17:30-dan 18:00-dək metronun “Koroğlu” stansiyasından “Dalğa Arena”ya yola düşəcək.

Qeyd edək ki, "Zirə" - "Şerif" qarşılaşması sabah saat 20:00-da start götürəcək. Komandalar arasında Moldovada keçirilən ilk görüş Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

writer photo
Əlirza Əlirzalı
0