“Zirə” finalda
31.05.2023 - 17:41
“Zirə” finalda

Minifutbol üzrə ölkə çempionatının finalçıları müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Ölkə çempionatında yarımfinal görüşləri başa çatıb. İki oyundan ibarət olan oyunlarda “Zirə” “Qarabağ”a hər iki oyunda qalib gələrək (2:1, 3:2) finala vəsiqə qazanıb. 

Digər yarımfinal matçında isə son çempion “Birbaşa Bakı” rumıniyalı mütəxəssis Dan Marius Mitunun rəhbərliyi altında “Bakı”dan üstün olub - 4:0, 3:2. Beləliklə, ölkə çempionatının final qarşılaşmasında ötən mövsümdə olduğu kimi “Zirə” və “Birbaşa Bakı” komandaları üz-üzə gələcək. 

Qeyd edək ki, final matçının keçirilmə tarixi yaxın günlərdə dəqiqləşəcək.
 

writer photo
Əlirza Əlirzalı
0