“Zirə” “Şamaxı”ya qalib gəldi - YENİLƏNİB
07.10.2022 - 19:21
“Zirə” “Şamaxı”ya qalib gəldi - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında IX tura start verilib.

Apasport.az saytının məlumatına görə, I dövrənin son turunun ilk günündə bir matç baş tutub.

Günün yeganə oyunu Zirə İdman Kompleksinin stadionunda təşkil olunub. Çempionatın autsayderi “Şamaxı” “Zirə” önünə çıxıb. 

Matçın taleyini bir qol həll edib. Rəşad Sadıqovun yetirmələri ikinci hissədə vurduqları yeganə topla çempionatda ardıcıl ikinci qalibiyyətini qazanıb. Bölgə təmsilçisinin isə qələbə həsrəti davam edib. 

Qeyd edək ki, tura oktyabrın 9-da yekun vurulacaq.

Misli Premyer Liqası
IX tur
7 oktyabr (cümə)
17:30. “Zirə” – “Şamaxı” - 1:0
Qol: Dmitrios Çantakias, 72

“Zirə”: 41. Anar Nəzirov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 7. Filipe Paxtman
Ehtiyat oyunçular: 22. Nail Alışov, 50. Səlim Həşimov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 19. Təmkin Xəlilzadə, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 5. Moiz Adileu, 17. Toni Qomes
Baş məşqçi: Rəşad Sadıqov
“Şamaxı”: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 8. Kamal Mirzəyev, 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 22. Elçin Mustafayev, 18. Cəlal Hüseynov, 21. Qurban Səfərov
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 11. Kamran Quliyev, 4. Arsen Ağcabəyov, 83. Nihad Quliyev, 33. Abdulla Rzayev, 30. Mirəli Əhmədov, 23. Rövşən Şahmuradov
Baş məşqçi: Vüqar Əsgərli
Zirə İdman Kompleksinin stadionu

1

Qarabağ

7

7

0

0

24-6

21

2

Sabah

8

6

1

1

17-7

19

3

Neftçi

8

6

0

2

17-9

18

4

Qəbələ

8

5

0

3

13-8

15

5

Zirə

8

4

1

3

12-16

13

6

Turan Tovuz

7

3

1

3

6-8

10

7

Səbail

8

1

2

5

8-12

5

8

Kəpəz

8

1

1

6

6-18

4

9

Sumqayıt

8

0

4

4

1-10

4

10

Şamaxı

8

0

2

6

4-14

2

Bombardirlər: Ramil Şeydayev, Musa Qurbanlı (hər ikisi "Qarabağ") – 7, Coy Lens Mikels ("Sabah") - 5 qol

writer photo
Əlirza Əlirzalı
0