“Zirə” Türkiyədən “sülh”lə qayıdır - YENİLƏNİB
17.01.2023 - 18:21
“Zirə” Türkiyədən “sülh”lə qayıdır - YENİLƏNİB

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün iki yoxlama oyunu keçirib.

Apasport.az saytının məlumatına görə, Rəşad Sadıqovun yetirmələri öncə Macarıstanın “Seqed Çanad” klubu ilə görüşüb.

Oyunda hesabı rəqib komanda açıb. Ardınca fərqlənən Toni Qomes status-kvonu bərpa edib. Lakin Bakı klubu bərabərliyi qoruya bilməyib. Daha iki qol vuran Macarıstan klubu 3:1 hesablı qələbə qazanıb.

Qəsəbə təmsilçisi Antalyadakı son matçında Serbiya "Radniçki"si ilə qarşılaşıb. Qarşılıqlı hücumlarla keçən görüşdə qol vurulmayıb. Beləliklə, əvvəlki matçlarında uduzan paytaxt təmsilçisi toplanışı qolsuz sülhlə başa vurub. Zirənin eyniadlı klubu sabah Bakıya qayıdacaq.

Qeyd edək ki, yanvarın 2-də Türkiyəyə yollanan “Zirə” Antalyada ilk oyununu ayın 10-da keçirib. Təmsilçimiz “Kindia" (Rumıniya) ilə məhsuldar qarşılaşmada qalib gəlib - 3:2.

Yoxlama oyunları
17 yanvar
13:00. "Zirə" - “Seqed Çanad" (Macarıstan) - 1:3
Qol: 
Toni Qomes, 34

16:30. "Zirə" - “Radniçki" (Serbiya) - 0:0
“Fanatik Tur Meydançaları”

writer photo
Əlirza Əlirzalı
0