"Zirə" və "Araz"ın Kadiri mübarizəsi
24.01.2024 - 20:57
"Zirə" və "Araz"ın Kadiri mübarizəsi

“Zirə” transfer çalışmalarını davam etdirir.

Apasport.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi yarımmüdafiənin mərkəzinə “Dinamo”nun (Kiyev) sabiq üzvü, hazırda “Araz-Naxçıvan”ın futbolçusu Mohammad Kadirini istəyir.

“Araz-Naxçıvan”ın onu qışda buraxmayacağı bildirilir. “Zirə” ən yaxşı halda Kadirinin keçidini yayda həll etməyə çalışacaq. Amma Naxçıvan təmsilçisi özü də, qanalının müqavilə müddətini artırmağı planlaşdırır.

Qeyd edək ki, 27 yaşlı futbolçu “Austriya”, “Dinamo”(Kiyev), “Arsenal”(Tula), “Çernomorets”, “Honved” komandalarında oynayıb.

writer photo
Əlirza Əlirzalı
0