“Zirə”dən 3 futbolçuya müqavilə
09.06.2024 - 17:36
“Zirə”dən 3 futbolçuya müqavilə

“Zirə” 3 futbolçu ilə müqavilə bağlayıb.

Apasport.az xəbər verir ki, Qismət Alıyevlə 2, Anar Nəzirovla isə 1 illik yeni razılaşma əldə olunub.

Ötən mövsümü icarə əsasında “Zirə”də keçirən Fuad Bayramovla da müqavilə imzalanıb. “Şamaxı”dan transfer olunan müdafiəçi 3 il komandada çıxış edəcək.

Qeyd edək ki, “Zirə” 2023/2024 mövsümünü 2-ci pillədə başa vurub.

writer photo
Əlirza Əlirzalı
0