"Zirə"dən qolsuz bərabərlik, "Sabah" 8 turdan sonra qələbə qazandı YENİLƏNİB
21.10.2023 - 20:05
"Zirə"dən qolsuz bərabərlik, "Sabah" 8 turdan sonra qələbə qazandı  YENİLƏNİB

Premyer Liqanın X turunun ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Apasport.az xəbər verir ki, ilk görüşdə “Kəpəz” “Zirə”ni qonaq edib.

Qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb. Gəncə stadionunun sökülməsi səbəbindən “sarı-göylər” “qartallar”ı Tovuzda qəbul edib.

Dünən “Qarabağ”ın xal itirməsi Rəşad Sadıqovun çalışdırdığı komandanın işinə yaraya bilərdi. Qəsəbə təmsilçisi autsayderi məğlub edəcəyi təqdirdə turnir cədvəlinin vahid lideri olacaqdı. Nominal meydan sahibləri isə 2 oyundur ki, aktivinə xal yaza bilmir. Azər Məmmədovun yetirmələri uğursuz seriyaya son qoymaq istəyində idi.

"Sabah"ın uğursuz seriyası başa çatıb. İlk turda qələbə qazanan Murad Musayev yetirmələri növbəti 8 görüşdə üç xal əldə edə bilməmişdilər. Paytaxt klubu "Sumqayıt"ıa görüşdə əzmkarlıq nümayış etdirib. "Sumqayıt" səfərdə hesabı açsa da, meydan sahibləri 3 qol vura biliblər.

Qeyd edək ki, tura sabah "Qəbələ" - "Araz-Naxçıvan" görüşü ilə yekun vurulacaq.

Misli Premyer Liqası
21 oktyabr
X tur
15:00. “Kəpəz” – “Zirə- 0:0

Kəpəz”: 12. Kamran İbrahimov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 8. Elmir Tağıyev, 22. Rüfət Əhmədov, 91. Latir Fal, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 21. Martins Junior, 19. Abdullahi Şuaybu

Ehtiyat oyunçular1. Vladislav Vasilyuçek, 96. İqor Rodriqes, 3. Vurğun Hüseynov, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 4. Vüsal Məsimov, 20. Mahir Həsənov, 15. Cavad Kərimov, 26. Adama Niane

Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 4. Ruan Renato (k), 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma

Ehtiyat oyunçular41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 99. Nazim Həsənzadə, 72. Elmar Rəhimov, 55. Ramin Abdullayev, 64. Mahmud Ağayev, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila

Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Eyyub İbrahimov, Kamran Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu

18:00. “Sabah” – “Sumqayıt” - 3:1
Qollar:
Con İrasabal, 54. Namik Ələskərov, 81. Davit Volkov, 90+6 - İsa Suliman, 9
Baş hakim: Nicat İsmayıllı

“Sabah”: 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris
Ehtiyat oyunçular: 16. Rustam Samigullin, 75. Emil Həbibov, 77. Namik Ələskərov, 5. Rəhman Daşdəmirov, 21. İldar Alekperov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 18. Davit Volkov
Baş məşqçi: Murad Musayev

“Sumqayıt”: 15. Orxan Sadıqlı, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 4. İsa Suliman, 10. Kamran Aliev, 71. Masaki Murata
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 36. Xəyal Fərzullayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 12. Abu Dosso, 9. Erik Sorqa, 60. Tresor Mossi
Baş məşqçi: Samir Abasov
Bakı. “Bank Respublika Arena” stadionu

N Klublar O Q H M T-F X
1 Zirə 10 6 2 2 9-5 20
2 Qarabağ 10 6 2 2 20-8 20
3 Səbail 10 5 2 3 17-15 17
4 Neftçi 10 4 3 3 11-9 15
5 Araz-Naxçıvan 9 4 2 3 9-9 14
6 Turan Tovuz 10 3 3 4 14-13 12
7 Sumqayıt 9 3 2 4 9-13 11
8 Sabah 9 2 4 3 14-13 10
9 Qəbələ 9 2 1 6 6-16 7
10 Kəpəz 10 1 3 6 5-13 6

Bombardirlər: Olavio Juninyo ("Qarabağ") - 7 qol, Aleksandr Ramalinqom ("Səbail") - 5 qol

writer photo
Əlirza Əlirzalı
0