"Fənərbaxça"nın futbolçusu əməliyyat olundu
08.11.2024 - 14:14
"Fənərbaxça"nın futbolçusu əməliyyat olundu

Çapraz bağlarından zədə alan "Fənərbaxça"nın futbolçusu Ceydon Ostervolde əməliyyat olub.

Apasport.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Klubdan verilən açıqlamada 23 yaşlı futbolçunun müalicə və reabilitasiya prosesinə start verildiyi bildirilib:

"Peşəkar futbol komandamızın oyunçularından Ceydon Ostervolde xaricdə ön çarpaz bağ əməliyyatı keçirib. Müalicəsi və reabilitasiya prosesi başlayan futbolçumuzun tezliklə sağalmasını arzu edirik".

 

Qeyd edək ki, Osdervolde Super Liqanın X həftəsində "Samsunspor"la matçda zədələnib. 

writer photo
Əlirza Əlirzalı
0