"Mançester Siti" 49 milyon avroya aldığı futbolçu ilə yolları ayırır
17.12.2023 - 00:12
"Mançester Siti" 49 milyon avroya aldığı futbolçu ilə yolları ayırır

 

"Mançester Siti"nin yarımmüdafiəçisi Kalvin Fillips qış transfer pəncərəsində komandanı tərk edəcək.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

28 yaşlı futbolçu baş məşqçi Xosep Qvardiolanın planlarına uyğun gəlmir. Ona görə də Fillips klubdan ayrılmaq qərarına gəlib.

Qeyd edək ki, Fillips ötən ilLidsdənMançester Sitiyə 49 milyon avroya keçmişdi. Bu mövsüm Kalvin 306 dəqiqə meydanda olub, 1 qol vurub və 9 qolun ötürməsini verib.

 

writer photo
Əlirza Əlirzalı
0