Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.
Apasport.az xəbər verir ki, günün yeganə matçında "Zirə" "Araz-Naxçıvan"ı qəbul edib. Matç qonaqların 1:0 hesablı qalibiyyəti ilə başa çatıb.
"Neftçi" və "Sumqayıt"ın kritik matçlarda qələbə qazandığı bir vaxtda Rəşad Sadıqovun yetirmələri vacib 3 xal itirib. Elmar Baxşıyevin gəlişindən sonra isə Naxçıvan təmsilçisi ilk qələbəsini qazanıb.
Azərbaycan Premyer Liqası
XXXII tur
29 aprel
19:00. “Zirə”– “Araz-Naxçıvan” 0:1
Qol: Ribeiro, 89
Hakimlər: Cavid Cəlilov, Eyyub İbrahimov, Asiman Əzizli, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu
"Zirə": 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 24. Sezar Meza Kolli, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 66. Pərviz Azadov, 5. Stefan Aka, 9. Vladislav Kulaç, 28. Abbas İbrahim, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev (k), 39. Tural Bayramlı, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 3. Turan Manafov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 29. Vanderson Melo
Baş məşqçi: Elmar Baxşıyev