“Zirə”nin qapıçısı ötən mövsümün rekordçusu olub
12.06.2024 - 12:17
Azərbaycan Premyer Liqasının 2023-2024-cü illər mövsümündə yalnız üç qapıçı 10 və daha çox “quru oyun” keçirib.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Zirə”nin legioneri Tiaqo Silva rekordçu olub. Portuqaliyalı qolkiper mövsüm ərzində hamıdan çox “quru oyun” keçirib. O, meydana çıxdığı 35 matçın 17-də qapısını toxunulmaz saxlayıb.
“Sumqayıt”ın qapıçısı Mehdi Cənnətov ikinci olub. Onun hesabında 13 “quru oyun” var. İlk “üçlüy”ü Aydın Bayramov tamamlayıb. O, 10 görüşü qol buraxmadan tərk edib.
0
0