Arteta: "Mançester Siti" ilə oyun final kimi olmayacaq"
22.04.2023 - 01:54
Arteta: "Mançester Siti" ilə oyun final kimi olmayacaq"

“Aydındır ki, nəticədən narazıyıq. Yenə özümüz üçün işimizi çətinləşdirdik, amma səhvlər oyunun bir hissəsidir. Bununla belə, cavab vermə tərzimiz mənə oyunçularımı həmişəkindən daha çox sevdirdi".

Apasport.az xəbər verir ki, bunu "Arsenal"ın baş məşqçisi Mikel Arteta deyib.

İspaniyalı məşqçi əmindir ki, son 3 turdakı heç-heçələrə baxmayaraq, "Arsenal" çempionluq şanslarını itirməyib. O, "Sauthempton"la 3:3 başa çatan oyunla bağlı bunları deyib:

"Bu inanılmazdır. Hücuma atıldıq, amma yenə gülünc qol buraxdıq və yekunda qalib gəlməli idik. Kifayət qədər qol şansı yaratdıq və indi onlardan istifadə edə bilmədiyimiz üçün məyusuq.

Premyer Liqada 3 qol buraxmaq olmaz. Əks halda qalib gəlmək çətin olacaq.

Hesabda geridə idik, amma oyunçular hamıdan çox qələbə qazanmaq istəyirdilər. Soyunub-geyinmə otağında onların döyüş ruhunu görmək olar. Amma təbii ki, müdafiədə daha yaxşı oynamalıyıq.

Liqada vəziyyət dəyişməyib. Tapşırıq daha da çətinləşdi, ancaq sadə işləri daha yaxşı etmək, səhvlərin sayını azaltmaq lazımdır. Onda biz qalib gələcəyik".

O bildirib ki, növbəti turda (26 aprel) qarşılaşacaqları, artıq potensial lider sayılan "Mançester Siti" ilə oyun həlledici olmayacaq:

“Siti” ilə oyun final kimi olmayacaq, qarşıda daha 6 qarşılaşma var. Əsas odur ki, uğursuzluq tendensiyası tərsinə çevrilsin, xüsusən də bəzi oyunçuların buna şübhəsi varsa. Futbolda elə vaxtlar olur ki, lüzumsuz vaxtda səhv edirsən, amma bunun öhdəsindən gəlməlisən. Mən məsuliyyəti öz üzərinə götürməkdən qorxan birini görməmişəm. Əksinə, hər kəs özünü daha çox göstərmək istəyir”.

writer photo
Əlirza Əlirzalı
0