3X3 üzrə basketbol millilərinin reytinq siyahısı yenilənib
24.08.2024 - 16:34
3X3 üzrə basketbol millilərinin reytinq siyahısı yenilənib

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət komandaların reytinq siyahısı açıqlanıb.

Apasport.az xəbər verir ki, sıralamada dünyanın ən yaxşı 30 komandası yer alıb.

Azərbaycan dünyada 16-cıdır. Yığmamızın hesabında 234,649 xal var.

Qeyd edək ki, cədvələ Kanada başçılıq edir – 571,376. Niderland (477,797) ikinci, Fransa (448,052) üçüncüdür.

writer photo
Əlirza Əlirzalı
0