“Bavariya” loqosunu dəyişib
17.10.2024 - 09:35
“Bavariya” loqosunu dəyişib

Bundesliqa nəhənglərindən “Bavariya” klubu loqosunu yeniləyib.

Apasport.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Yeni dizaynda yalnız rənglərlə bağlı dəyişikliklər edilib. Belə ki, daha açıq və parlaq rənglərdən istifadə olunub. 

Qeyd edək ki, klub loqosu sonuncu dəfə 2017-ci ildə dəyişdirilib. O zaman da klub loqosunun əsas dizaynı saxlanılmış, rənglərində və yazı stilində kiçik dəyişikliklər edilmişdi. Loqodakı qırmızı və mavi rənglər bir qədər tündləşdirilmişdi. 

 

writer photo
Əlirza Əlirzalı
0