Azərbaycan millisi Avropa Kubokuna məğlubiyyətlə başlayıb
22.08.2024 - 16:24
Azərbaycan millisi Avropa Kubokuna məğlubiyyətlə başlayıb

Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda mübarizəyə başlayıb.

Apasport.az xəbər verir ki, yığmamız C qrupunda ilk olaraq İspaniya ilə üz-üzə gəlib.

Matç Azərbaycanın məğlubiyyəti ilə bitib - 12:20.

Komandamız bu gün Bakı vaxtı ilə saat 19:15-də Avstriya millisi ilə üz-üzə gələcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

writer photo
Əlirza Əlirzalı
0