Arda Gülər debütün astanasında
24.10.2023 - 11:34
Arda Gülər debütün astanasında

Arda Gülərin “Real”da debüt edə biləcəyi oyun bəlli olub.

Apasport.az xəbər verir ki, bunu İspaniya klubunun baş məşqçisi Karlo Ançelotti açıqlayıb.

O bildirib ki, türkiyəli gənc oyunçu La Liqanın XII turu çərçivəsində “Rayo Valyekano” ilə keçiriləcək qarşılaşmada debüt edəcək. 64 yaşlı italiyalı mütəxəssis futbolçunun bacarıqlarını nümayiş etdirməyə hazır olduğunu vurğulayıb. 

Qeyd edək ki, bu oyun noyabrın 6-da  “Santyaqo Bernabeu” stadionunda baş tutacaq.
 

writer photo
Əlirza Əlirzalı
0