“200”lə "zala düşdü"
31.03.2023 - 16:22
“200”lə "zala düşdü"

Belçikanın “Oud-Heverli” klubunun futbolçusu Sofyan Kiyin qəza törədib.

Apasport.az saytı xəbər verir ki, 25 yaşlı mərakeşli futbolçu 200 km/saat sürətlə hərəkətdə olarkən idarəetməni itirib. 

Nəticədə onun idarə etdiyi avtomobil bir neçə metr “uçaraq” yaxınlıqdakı idman zalının divarını uçurub. Qəza zamanı həmin məkanda məşq edən uşaqlar paltardəyişmə otağında olduğu üçün heç kim xəsarət almayıb. 

Yaxınlıqdakı xəstəxanaya çatdırılan Kiyinin bədənində çoxsaylı sınıqlar aşkarlansa da, həkimlər futbolçunun həyati təhlükəsinin olmadığını bildiriblər.

writer photo
Əlirza Əlirzalı
0