“Real”ın yarımmüdafiəçisi Toni Kroos karyerası ilə bağlı qərarı 2023-cü ilin ilk aylarında verəcək.
Apasport.az saytı xəbər verir ki, bu barədə tanınmış italiyalı jurnalist Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, Almaniya millisinin üzvü Madrid klubunda daha bir mövsüm keçirməyə razılıq verəcəyi təqdirdə, “Real” rəhbərliyi hazırladığı müqaviləni təqdim edəcək. Yekun qərarı 32 yaşlı oyunçu özü verəcək. Yarımmüdafiəçi karyerasını davam etdirmək, yoxsa bitirmək qərarını gələn ilin ilk aylarında verəcək.
Qeyd edək ki, Toni Kroos 2014-cü ildən “Real”da çıxış edir. O, İspaniya klubunun heyətində 382 oyunda 25 qol vurub, 86 məhsuldar ötürmə verib.