Basketbol millimiz Avropa Kubokunda mübarizəyə başlayır
22.08.2024 - 09:33
Basketbol millimiz Avropa Kubokunda mübarizəyə başlayır

Bu gün Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi Avstriyanın Avropa Kubokunda mübarizəyə başlayacaq.

Apasport.az xəbər verir ki, yığmamız turnirin C qrupunda qərarlaşıb.

Azərbaycan ilk olaraq Bakı vaxtı ilə saat 15:40-da İspaniya ilə üz-üzə gələcək. Komanda ikinci matçında meydan sahibləri Avstriya millisi ilə qarşılaşacaq. Bu görüş isə 19:15-də start götürəcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutacaq komandalar növbəti mərhələyə yüksələcək.

writer photo
Əlirza Əlirzalı
0