Basketbolçu qızlarımız Avropa çempionatına böyük hesablı qələbə ilə start verib - FOTO
23.07.2024 - 21:15
Basketbolçu qızlarımız Avropa çempionatına böyük hesablı qələbə ilə start verib - FOTO

Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin ilk qrup oyunu baş tutub.

Apasport.az xəbər verir ki, B qrupunda qərarlaşmış millimizin ilk rəqibi Albaniya seçməsi olub. Oyuna sürətli başlayan qızlarımız, rəqib komanda üzərində 72-53 hesablı qələbə qazanıb. Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (21 xal, 4 ribaund) seçilib.

Qeyd edək ki, millimizin qrupdakı növbəti oyunu 24 iyul Bakı vaxtı ilə saat 19:00-da Gürcüstan yığmasına qarşı olacaq

writer photo
Əlirza Əlirzalı
0