Basketbolçularımız Avropa çempionatında mübarizəyə başlayır
23.07.2024 - 22:16
Basketbolçularımız Avropa çempionatında mübarizəyə başlayır

23-28 iyul Albaniyanın Elbasan şəhərində 18 yaşlı oğlanlar arasında basketbol üzrə Avropa çempionatı "C" divizionun oyunları baş tutacaq.

Apasport.az xəbər verir ki, B qrupunda qərarlaşmış millimiz, Moldova və Ermənistan yığmalarına qarşı mübarizə aparacaq. Anar Sarıyev və Fərid Əmirovun rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu, 24 iyul Bakı vaxtı ilə saat 18:00-da Moldova yığmasına qarşı olacaq. Millimiz qrupda sonuncu oyununu isə 25 iyul saat 18:00-da Ermənistan seçməsinə qarşı keçirəcəkdir.

Qeyd edək ki, Avropa çempionatının bütün oyunları FİBA -nın rəsmi "youtube" hesabından da canlı yayımlanacaq.

writer photo
Əlirza Əlirzalı
0