"Boston Seltiks"lə bağlı Ceff Bezos iddiasına aydınlıq gəlib
22.08.2024 - 13:32
"Boston Seltiks"lə bağlı Ceff Bezos iddiasına aydınlıq gəlib

Dünyanın ən varlı insanları siyahısında ilk üçlükdə yer alan "Amazon"un qurucusu Ceff Bezosun NBA-dan klub alacağı iddiaları var idi.

Apasport.az xəbər verir ki, xarici mətbuatda Bezosun son çempion "Boston Seltiks"i almaq istədiyi yazılırdı.

Son çıxan xəbərlərdə isə bu məlumatın həqiqəti əks etdirmədiyi bildirilib. 

Qeyd edək ki, ötən ay Qrousbek ailəsi "Seltiks"i satışa çıxarmışdı. Ceff Bezosun isə daha əvvəl NFL-in "Vaşinqton Kommanders" klubunu almaq niyyətinin olması ilə bağlı xəbərlər yayılmışdı. 

writer photo
Əlirza Əlirzalı
0