Joel Embiid: "Fransızların təzyiqi mənə təsir etmir"
31.07.2024 - 17:56
Joel Embiid: "Fransızların təzyiqi mənə təsir etmir"

Basketbol üzrə ABŞ milli komandasının üzvü Joel Embiid Paris Olimpiadasında yerli azarkeşlər tərəfindən təzyiqə məruz qalıb.

Apasport.az xəbər verir ki, bunun səsbəbi idmançının Fransa yığması əvəzinə ABŞ-ni seçməsidir.

Basketbolçu bununla bağlı mətbuata açıqlama verib. Joel fransızların onu fitə basmasından təsirlənmədiyini bildirib:

"Bunun heç bir təsiri yoxdur. Dediyim kimi, mən amerikalıyam. ABŞ milli komandasında oynayıram".

Kamerun doğumlu Embiid  Fransa üçün beynəlxalq arenada oynamaq istədiyini bildirdikdən sonra ölkənin Basketbol Federasiyası hərəkətə keçmiş, sonradan idmançı yığmanı rədd etmişdi. Onun bu hərəkəti azarkeşlərin qəzəbinə səbəb olub.

Qeyd edək ki, Joel Olimpiadanın ilk oyununda 11 dəqiqə meydanda olub və komandasına cəmi 4 xal qazandırıb.

writer photo
Əlirza Əlirzalı
0