Kişilərdən ibarət basketbol millimiz məğlub olub
23.08.2024 - 16:16
Kişilərdən ibarət basketbol millimiz məğlub olub

Azərbaycanın 3x3 basketbol üzrə kişilərdən ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda mübarizəyə başlayıb.

Apasport.az xəbər verir ki, yığmamız C qrupundakı ilk görüşündə Niderlandla üz-üzə gəlib.

Milli komanda bu qarşılaşmadan 9:21 hesabı ilə məğlub ayrılıb.

Seçməmizin növbəti sınağı sabah meydan sahiblərinə qarşı olacaq. Görüş saat 19:15-də start götürəcək.

Qeyd edək ki, növbəti mərhələyə qruplarda ilk iki yeri tutan millilər yüksəlir. 

writer photo
Əlirza Əlirzalı
0