Lebron Olimpiya Oyunlarının tarixinə keçib
09.08.2024 - 12:33
Lebron Olimpiya Oyunlarının tarixinə keçib

Dünya basketbolunun ulduzlarından biri Lebron Ceyms Olimpiya Oyunlarının tarixinə düşüb.

Apasport.az xəbər verir ki, idmançı bu uğura olimpiadalarda ikinci dəfə tripl-dabl edərək nail olub.

Lebron 16 xal, 12 ribaund və 10 assistlik performansla oynayıb. O, Olimpiya Oyunları tarixində tripl-dabl etməyi bacaran dördüncü idmançıdır. Bu uğura ilk nail olan idmançı isə SSRİ-dən Aleksandr Belov olub.

Qeyd edək ki, Lebron Ceyms ilk tripl-dablını 2012-ci ildə keçirilmiş London Olimpiadalarında edib. 

writer photo
Əlirza Əlirzalı
0