18 yaşadək oğlanlar və qızlardan ibarət basketbol millilərimiz Avropa çempionatının C divizionunda növbəti oyunlarını keçirəcəklər.
Apasport.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi qızlardan ibarət komanda Kosovonun paytaxtı Priştinada təşkil olunan yarışın yarımfinal mərhələsində Kipr seçməsi ilə üz-üzə gələcək.
Anar Sarıyevin baş məşqçisi olduğu digər yığma Albaniyanın Elbasan şəhərindəki turnirin eyni raundunda meydan sahiblərinin müqavimətini qırmağa çalışacaq.
Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 19:00 və 20:30-da start götürəcək.
Qeyd edək ki, hər iki yarışın həlledici matçları iyulun 28-də olacaq.