Millimiz Avropa çempionatında 20-ci olub
21.07.2024 - 16:06
Millimiz Avropa çempionatında 20-ci olub

20 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, yığmamız Avropa çempionatının B divizionunda 19-cu yer uğrunda matça çıxıb.

Azərbaycan millisi Rumıniyada təşkil olunan yarışda Ermənistanla qarşılaşıb. Oyun rəqib komandanın qələbəsi ilə yekunlaşıb. Millimiz çempionatı 20-ci pillədə başa vurub.

Qeyd edək ki, komandamız yarışda keçirdiyi 6 oyunun hamısında uduzub.

U-20-lər (oğlanlar) arasında Avropa çempionatı
B divizionu, 19-cu yer uğrunda
21 iyul
14:00. Azərbaycan - Ermənistan - 61:71 (17:19, 13:13, 14:19, 17:20)

Piteşti İdman Zalı

writer photo
Əlirza Əlirzalı
0